Aİİ-də YAP-ın özək təşkilatının növbəti iclası keçirilib

03 İyul, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 3 iyul 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Əhməd Cəmil, 41 ünvanında yerləşən özək təşkilatının növbəti iclas keçirilib.

Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov, YAP-ın Yasamal Rayon Təşkilatı sədrinin müavini Bəxtiyar Nəbiyev, Aİİ-nin rektoru Ceyhun Məmmədov, İnstitutun müəllim, tələbə və işçi heyəti iştirak ediblər.

Aİİ rektoru C.Məmmədov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirib. Rektor qeyd edib ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları ilə uğurlu inkişaf yolundadır. Bu gün Azərbaycanın müsəlman ölkələri arasında əmin-amanlığı ilə seçildiyini qeyd edən C.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində ölkəmizin etibarlı gələcəyinin möhkəm, sarsılmaz əsasları yaradılır.

Daha sonra rektor ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davam etdirdiyi dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu nəzərə çatdırıb. C.Məmmədov daha sonra vurğulayıb ki, hər birimiz özümüzü dövlətin əsgəri hesab edirik və göstərilmiş etimadı doğrultmaq üçün Aİİ heyəti olaraq var gücümüzlə çalışırıq.

İclasda çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən bəhs edib. 14 iyul 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən 50 il ötdüyünü vurğulayan Tağı Əhmədov Ulu Öndərin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. T. Əhmədov vurğulayıb ki, YAP-ın öz sıralarını daim genişləndirməsi partiyaya cəmiyyətdə olan yüksək inam və etibarın göstəricisidir. Bunun əsasında partiyanın keçdiyi şərəfli yol, Azərbaycançılıq əqidəsinə söykənərək, daim ölkəmizin hərtərəfli tərəqqisi və firavan gələcəyi üçün göstərdiyi xidmətlər dayanır.

İclasda üzvlük üçün müraciət edən əməkdaşların ərizələri qəbul olunub.

Sonda YAP-ın təşkilatçılığı ilə keçirilən şahmat yarışmasında üçüncü yerin qalibi olan əməkdaşlarımız medal və mükafatla təltif olunub.

alt menü