Abituriyentlər Dini Psixoloji Komissiya üzrə qeydiyyatdan keçməlidirlər

20 İyul, 2023

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 20 iyul – 24 iyul tarixlərində verilən link (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) vasitəsilə Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçməlidirlər.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.

DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər (II cəhd qəbul imtahanının nəticələrinə görə müsabiqə şərtini ödəyən abituriyentlər nəticələr məlum olduqdan sonra qeydiyyatdan keçə bilərlər).

alt menü