Fəlsəfə doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul elan edilir

09 Апреля, 2024

Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2024-cü il üçün fəlsəfə doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul elan edir.

Fəlsəfə doktoru proqramları üzrə doktoranturaya sənəd qəbulunun 16 aprel – 15 may 2024-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, qeydiyyatı təsdiqlənən şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 9 iyun 2024-cü il tarixində keçiriləcək.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 2,3,4 sentyabr, ixtisas imtahanı isə 9,10,11 sentyabr 2024-cü il tarixlərində baş tutacaq.

Əlavə olaraq bildiririk ki, doktoranturaya sənəd qəbulunun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi planlaşdırılır.

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Əlaqə nömrəsi: +994 12 436 77 66 (daxili: 117; 118)

Вверх
alt menü