Tələbələr Şamaxı rayonuna səfər ediblər

05 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrinin “Tarixi-memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsi çərçivəsində Şamaxı rayonuna səfəri təşkil olunub.

Aİİ-nin müəllimləri və əməkdaşları, İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil alan I tədris ili tələbələri layihədə iştirak ediblər. Səfər zamanı Şamaxı Cümə məscidinə, Pirqulu, Dəmirçi, Avaxıl kəndlərinə ziyarətlər təşkil edilib.

Aİİ İslamşünaslıq kafedrasının müəllimi, t.f.d., dos. Rəşad Mustafa Şamaxı Cümə məscidinin Cənubi Qafqazda 743-cü ildə inşa edilmiş ən qədim məscid olduğunu, İslamın Azərbaycanda yayılmasının ilk dövrlərində qurulduğunu qeyd edib. O, məsciddə son bərpa-quruculuq işlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2010–2013-cü illərdə aparıldığı barədə tələbələrə məlumatlar verib.

Qeyd edək ki, “Tarixi memarlıq abidələrimizi yaxından tanıyaq” layihəsinin məqsədi tələbələrin asudə vaxtlarını səmərəli təşkil edib, ölkəmizin paytaxtında və bölgələrimizdə yerləşən tarixi mirasımızın gənc nəslə tanıdılmasına, onların milli-mənəvi ruhda yetişdirilməsinə şərait yaratmaqdır.

alt menü