“Təfsir üsulu” dərsliyi nəşr olunub

08 İyul, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, İslamşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyevin “Təfsir üsulu” kitabını nəşr etdirib.

Dərslik kimi təqdim olunan bu kitab iki əsas hissədən ibarətdir. İlk hissədə təfsir üsulu elminin predmeti kimi Qurani-Kərimin tarixi və onun bir kitab kimi xüsusiyyətləri haqqında məlumat verilib. Kitabın ikinci hissəsində isə klassik təfsir üsulu metodları haqqında yığcam bilgilər əksini tapıb.

Dərslik “İslamşünaslıq” ixtisasının bakalavr səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə Aİİ müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının və müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

alt menü