Rektor gənclərlə görüşüb
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Dost Gənclərin İnkişaf Klubunda gənclərlə görüşüb.
Görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov və tələbələr iştirak ediblər.
Rektor Aqil Şirinov tələbələrə tövsiyələrini verib. Bildirib ki, hər bir gəncin qarşısında duran əsas vəzifə – təhsil aldığı ixtisas üzrə bilikli, savadlı olmaq, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda Dövlətimizə, xalqımıza layiqli vətəndaş kimi yetişməkdir. Əldə olunan bilik və bacarıqların düzgün və lazımi şəkildə tətbiqi də vacib məsələlərdəndir.
Rektor A.Şirinov üzvləri arasında Azərbaycan İlahiyyat İnstitutunun tələbələri də olduğu Dost Gənclərin İnkişaf Klubunun zəngin milli-mədəni irsimizin təbliği istiqamətində səylə çalışacağına ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Aİİ rektoru gəncləri maraqlandıran sualları cavablandırıb.