Qars Qafqaz Universitetinin professoru Aİİ tələbələri üçün onlayn vebinar təşkil edib

22 Dekabr, 2021

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Qars Qafqaz Universitetinin professoru Hacali Nǝcǝfoğlunun təqdimatında onlayn vebinarda iştirak ediblər. “Həndəsi naxışlar olaraq islami isimlər və müqəddəs ifadələr” mövzusunda baş tutan vebinar “ZOOM” proqramı üzərindən təşkil edilib.

Tədbirdə Aİİ tələbələri və əməkdaşları iştirak ediblər.

Professor İslam tarixi boyu mədəniyyətin və incəsənətin inkişafından söz açaraq, dövrümüzə gəlib-çatan abidələrdə islami isimlər və müqəddəs izlər barədə araşdırmasından bəhs edib. H.Nəcəfoğlu dünyanın müxtəlif ölkələrində yerləşən abidələrdən nümunələr göstərərək, həndəsi naxışların islami yöndən izahını verib.
İslamda həndəsi naxışların hansı formada olması, hər fiqurun izahını açıq şəkildə şərh edən professor dünyanın müxtəlif ölkələrinin – Azərbaycan, Türkiyə, İran, Hindistan, Suriya və qədim Azərbaycan yurdu İrəvan torpaqlarında olan abidələrindən fotolarla nümunələr göstərib.

Vebinar tələbələrlə qarşılıqlı müzakirə formasında davam edib.

alt menü