Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

18 Oktyabr, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir İnstitut tələbələrinin iştirakı ilə baş tutub.
İlahiyyat fakültəsinin dekanı, tədbirin moderatoru, dosent Elnurə Əzizova 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. E.Əzizova bu səpkili seminar və tədbirlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib, belə tədbirlərin onların şəxsiyyət kimi formalaşmasında oynayacağı mühüm rolu diqqətə çatdırıb.
Dekan qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, regionun liderinə çevrilməsinə gətirib çıxarıb.
İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Rəşad Mustafa çıxış edib. Məruzəçi tarixboyu dünyada öz dövlətini, onun müstəqilliyini qoruyan xalqlardan nümunələr gətirib, onların hansı çətinliklərlə üzləşdiyini diqqqətə çatdırıb.
R.Mustafa Azərbaycanın müstəqillik tarixinə nəzərə salıb. Cümhuriyyət dövrü, bu mərhələdə aparılan mübarizələri, ortaya çıxan problemləri vurğulayıb. İstər sovet dövrü, istərsə də müstəqilliyimiz bərpa olunandan sonrakı vaxtda dövlət-din münasibətlərinə diqqət çəkib. Məruzəçi dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən geniş bəhs edib. Ölkəmizin suverenlik qazandığı yeni bir dönəmin başlanğıcına – 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, savaşdan sonrakı dövrdə Qarabağın dirçəliş tarixinə də nəzər yetirib.
Tədbir müzakirələrlə davam edib.

alt menü