“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir

12 İyul, 2019

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsində panellər davam edir.

“Çar Rusiyasının Qafqazda İslam siyasəti” mövzusunda təşkil edilən panel Gürcüstan İliya Dövlət Universitetinin müəllimi, G. Sereteli adına Şərqşünaslıq İnstitutunun direktoru, professor George Sanikidze və Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri dosent Elnurə Əzizovanın moderatorluğu ilə keçirilib.

Paneldə “XX əsrin əvvəllərində müsəlman cəmiyyəti və onun Qafqazda və Avropa Rusiyasındakı islahatlar planı”; “Rus çarizminin Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində strateji planları”; “Şimali Azərbaycanda Çar Rusiyasının din siyasətinin sosial-psixoloji aspektləri”; “Çar Rusiyasının Azərbaycan türklərinin assimilyasiyasına yönələn anti-İslam siyasəti”; “1801-1917-ci illərdə çarizmin Cənubi Qafqazda İslam siyasəti (arxiv materialları əsasında)”; “XIX-XX əsrin əvvəllərində Azərbaycanda İslam dininin vəziyyəti haqqında” mövzularında məruzələr dinlənilib.

“Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzusunda baş tutan ikinci paneldə moderatorluğu Azərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov və İstanbul Sabahattin Zaim Universiteti Tarix fakültəsinin müəllimi, professor Muhammed Harb edib.

Məruzəçilər “Hasan Melik Zerdabi'nin İslam Hakkındaki Görüşleri”; “Hikmətli mütəaliyə fəlsəfi cərəyanının azərbaycanlı nümayəndələri”; “İslam sivilizasiyasının inkişafında Azərbaycanın rolu”; “Orta əsrlər müsəlman Şərqində hürufilik təliminin ideya-siyasi və fəlsəfi aspektlərinə yenidən baxış”; “Abdürreşid İbrahim ve Azerbaycan matbuatı (1903 – 1905)”; “Məhəmməd Əmin Sədrəddin Şirvani və əxlaq fəlsəfəsi”; “Azərbaycan maarifçilik hərəkatında maarifçi qadınlar”; “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu”; “Azərbaycan İslam fəlsəfəsinin bir bölgəsi kimi” mövzularında çıxışlar ediblər.

Qeyd edək ki, II Beynəlxalq Simpoziumda 100-dən çox məruzəçinin məruzələri 11 paneldə dinlənilib.

Konfransın məqalələrinin xülasələri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)” başlığı altında kitab şəklində Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinə tərçümə olunaraq dərc edilib.

alt menü