İnstitut dini tədqiqat sahəsi üzrə beynəlxalq əlaqələr qurur
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu Anlaşma Memorandumu imzalayıb.
Anlaşma Memorandumunda professor-müəllim heyətinin mübadiləsi, müştərək tədbir, “dəyirmi masa”, seminar, konfrans və tədqiqat layihələrinin həyata keçirilməsi əksini tapıb.
Sənəddə, həmçinin iki ali təhsil müəssisəsinin konfrans və simpoziumların təşkilində birgə fəaliyyəti, akademik layihə, tədqiqat və nəşrlərin hazırlanmasında iştirakı, elmi materiallar və sənədlərin mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə geniş fəaliyyət göstərir. Belə ki, İnstitut dini tədqiqat və təhsil sahəsində fəaliyyət göstərən dünyanın müxtəlif xarici universitetləri ilə ikitərəfli akademik əməkdaşlıq əlaqələrinin qurulması yönündə səmərəli addımlar atır.