İlahiyyat İnstitutunda qış imtahanları başa çatıb

30 Yanvar, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2022-2023-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası sona çatıb. Dörd həftə davam edən sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, əyani formada yazılı, ehtiyac olduğu təqdirdə, şifahi formada keçirilib.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq fəaliyyət göstərib. Daxil olan müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılaraq, lazımi tədbirlər görülüb.

İmtahan sessiyasının gedişatı İlahiyyat fakültəsinin dekanlığı, Tədris şöbəsi və aidiyyəti kafedralar tərəfindən izlənilib.

Qeyd edək ki, imtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) əsasən təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına, QMİ-nin təsis etdiyi Şeyxülislam adına və akademik Vasim Məmmədəliyev adına təqaüdlər veriləcək.

alt menü