İlahiyyat İnstitutu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində (Baku Internatiolnal Book Fair 2025) iştirak edir.
Sərgidə yerli və xarici yazarların iştirakı ilə 250-dən artıq tədbir, imza günləri, kitab təqdimatlarının baş tutacağı gözlənilir.
Aİİ sərgidə elmi nəşrlər baxımından beynəlxalq standartlara cavab Din Araşdırmaları Jurnalının, “İlahiyyat nəşrləri” adı altında nəşr etdirdiyi ali təhsil müəssisəsi müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin, İnstitutun fəaliyyətini özündə əks etdirən Bülletenin nümayişini həyata keçirəcək.
Qeyd edək ki, Aİİ-nin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
#BakıKitabSərgisi2025 #BakuBookFair2025 #Azərbaycanilahiyyatinstitutu #AzerbaijanInstituteofTheology #BakuBookFest