İLAHİYYAT İNSTİTUTU SƏRGİDƏ İŞTİRAK EDİR

31 İyul, 2024

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) ali təhsil müəssisələrinin sərgisinin açılışı olub.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da iştirak edir.

Sərgidə Aİİ nümayəndələri ali təhsil müsəssisəsində mövcud ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat verirlər. Eyni zamanda, ziyarətçilər İnstitutun fəaliyyətini əks etdirən kataloq, Din Araşdırmaları Jurnalı, “İlahiyyat” jurnalı, konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən çap olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları ilə tanış olmaq imkanına malikdirlər.

Qeyd edək ki, sərgi 31 iyul–2 avqust 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunur. Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə abituriyentlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər. İştirakçılar qeydiyyat zamanı onlara uyğun tarix və saatı seçə bilərlər. Bundan əlavə, bəzi ali təhsil müəssisələri ayrıca olaraq əvvəlcədən təyin olunmuş zallarda və saatda daha geniş formada təqdimat nümayiş etdirmək imkanına malikdirlər.

Sərgiyə giriş ödənişsizdir.

alt menü