“İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib

28 Oktyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əməkdaşı Fuad Babayev tədbir iştirakçılarına İcbari tibbi sığorta haqqında ümumi məlumat verib. Məruzəçi icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları haqqında danışıb. O, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri barədə ümumi məlumat verərkən, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısını və özəl tibb qurumlarında icbari tibbi sığortadan istifadə qaydalarını da nəzərə çatdırıb.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.

alt menü