Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir

24 Noyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr edilmiş tədbir keçirilib.

“İstiqlal şairi – Əhməd Cavad” mövzusunda təşkil olunan tədbirin açılışında Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Əhməd Cavadın türk dünyasındakı mövqeyini qeyd edib.

Tədbirin qonağı – AMEA Nizami adına Dilçilik İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Asif Rüstəmli tələbələrə Əhməd Cavadın həyat və yaradıcılığına dair arxiv mənbələrini, Türkiyə və Azərbaycanda aparılan tədqiqatların nəticələrini təqdim edib.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

alt menü