Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə ekskursiyası təşkil edilib
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin 2024-cü il üzrə iş planına uyğun olaraq Arxivin və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə adıçəkilən institutun tələbələrinin arxivə ekskursiyası təşkil edilib.
Ekskursiyada arxivin direktoru Könül Nəsibova tələbələr qarşısında çıxış edərək arxiv işinin təşkili, sənədlərin mühafizəsi, qeydiyyatı, komplektləşdirilməsi, istifadəsi, informasiya təminatı və rəqəmsallaşdırılması üzrə məlumat verib.
Arxivin direktor müavini Şəlalə Baxşəliyeva arxivdə daimi mühafizə edilən milli ədəbiyyat və incəsənət xadimləri, görkəmli mədəniyyət nümayəndələri, o cümlədən – Əziz Şərif, Ələsgər Ələkbərov, Əliağa Vahid, Fatma Muxtarova, Darablı Rza Nəcəfəli oğlu və digərlərinə aid fondlarlarla tələbələri yaxından tanış etməklə həmin sənədlərin çoxsaylı istifadə formaları barədə qısa məlumat verib.
Görkəmli ədəbiyyatşünas alim Əziz Şərifə aid 255 saylı fondda mühafizə edilən qədim daşbasma üsusu ilə çap edilmiş kitablar, o cümlədən digər fondlar üzrə ərəb əlifbası ilə yazılmış, həmçinin, dini məzmun ehtiva edən sənədlər tələbələrdə xüsusi maraq doğurub. Arxivçilər tərəfindən tələbələrə bu sənədlərin mənşəyi və məzmunu barədə qısa məlumat verilib.
Daha sonra tələbələr arxivin mühafizəxanaları və elmi-məlumata aparatı ilə yaxından tanış olublar.