Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası başlayıb

04 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2023/2024-cü tədris ilinin yaz semestri yay imtahan sessiyası üzrə bakalavriat və magistratura səviyyələri üzrə imtahan sessiyası başlanıb.

Bakalavriat səviyyəsində “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə 18 qrupda 36 fəndən, magistratura pilləsində isə 4 ixtisaslaşma üçün – “Dinin psixologiyası”, “Dinin sosiologiyası”, “İslamşünaslıq”, “Dinlərin tarixi” – 18 fəndən imtahan keçiriləcək. Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun surətdə, iki növbədə təşkil olunub. İmtahanların əyani formada, yazılı, zəruri hallarda isə şifahi formada baş tutacağı gözlənilir.

İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması üçün ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya komissiyası yaradılıb.

Məlumat üçün bildiririk ki, İnstitutun 2023/2024-cü tədris ili yay imtahan sessiyası yazılı və şifahi olaraq, imtahanlar arasında müddət isə iki gün intervalı ilə keçiriləcək.

alt menü