Aİİ-nin tələbələri X Bakı Beynəlxalq Kitab Sərgisində

09 Oktyabr, 2024

Azərbaycan İlahiyyat İnstitutunun müəllim heyəti və tələbələri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2–8 oktyabr 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət ediblər.
Məlumat üçün bildirək ki, X yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyinə həsr edilib.
Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edib. Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçılar, şairlər, elm adamları və gənc yazarlar sərginin işində iştirak ediblər.

alt menü