Aİİ-nin kafedra müdiri tədbirdə iştirak edib

05 Noyabr, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov Axıska türklərinin sürgün olunmasının 80 illiyinə həsr edilmiş “Sürgündən bu günə” mövzusunda keçirilmiş tədbirdə çıxış edib.
Gəncliyə Yardım Fondu (GYF), Azərbaycanda yaşayan Axıska türklərinin “Vətən” İctimai Birliyi və Dəyər TV-nin birgə təşkilatçılığı ilə Axıska türklərinin sürgün olunmasının 80 illiyinə həsr edilmiş “Sürgündən bu günə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı, səfirliyin dini xidmətlər üzrə müşaviri İhsan Açık, mədəniyyət və tanıtım müşaviri Prof. Dr. Muhittin Macit, TİKA Bakı Nümayəndəliyinin koordinatoru Hayrettin Özçelik, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Dr. Serdar Gündoğan, millət vəkilləri, QHT rəhbərləri, media nümayəndələri, ictimaiyyət xadimləri və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış Axıska türkləri iştirak ediblər.
Aİİ İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov tədbirdə çıxış edib. Axıska türklərinin məskunlaşma tarixi, yaşam tərzi, sürgün dövrlərinə diqqət çəkib.
Tədbirdə Dəyər TV tərəfindən hazırlanmış “Sürgün” filmi nümayiş olunub.

alt menü