Aİİ-də İnstitut Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib

18 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Həmkarlar İttifaqı Komitəsinin (HİK) hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndəsi İlkin Həsənov, İnstitutun rəhbər heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun sədrliyi ilə baş tutan iclasda, ilk olaraq, Aİİ HİK-in sədri Ənvər Mustafayev qurumun fəaliyyəti haqqında hesabat verib.

Aİİ HİK Təftiş komissiyasının hesabatı dinlənildikdən sonra, yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə HİK-in yeni tərkibi müəyyən olunub.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, HİK-in yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Təkliflərə əsasən, HİK-in hazırkı sədri Ənvər Mustafayevin yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif iclasın sədri tərəfindən səsverməyə qoyulub və yığıncaq iştirakçılarının yekdil qərarı ilə Ənvər Mustafayev növbəti müddətə Aİİ HİK-in sədri seçilib.

Yığıncaqda, həmçinin Aİİ HİK-in Təftiş komissiyasının yeni tərkibi də təsdiq olunub.

alt menü