Aİİ-də “İnsan hüquqları və dünya dinləri” mövzusunda seminar təşkil olunub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İnsan hüquqları və dünya dinləri” mövzusunda seminar keçirilib.
Tədbir Aİİ tələbələrinin iştirakı ilə baş tutub.
İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərov çıxışında sözügedən mövzuda təlimlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. O, məruzəsində insan hüquqlarının inkişafında dinin yeri və rolunu beynəlxalq konvensiyalarda necə əks olunduğunu qeyd edib. Daha sonra müxtəlif dinlərdə insan hüquqlarına münasibəti müqayisəli şəkildə diqqətə çatdırıb, ölkəmizdə dini və etnik azlıqların hüquqlarına münasibəti yüksək qiymətləndirərək, insan hüququları üçün təhlükə törədən amillərlə mübarizə üsullarını izah edib.
Daha sonra Aİİ-nin hüquqşünası Mehman Məhərrəmov çıxış edib. Məruzəçi insan hüquqları vvə haqqları haqqında ətraflı məlumat verərək konsitutsiyamızda bunların necə əks olunduğu, insan haqlarının qorunmasının hansı maddələrdə öz əksini tapdığını diqqətə çatdırıb. Məruzəçi insan hüquqları anlayışının tarixi, nə zaman formalaşdığı, həmçinin müasir insan hüquqları hərəkatının tarixi, beynəlxalq səvviyyədə tanınması barədə ətraflı söz açıb. İnsan hüquqları ilə bağlı müqavilələrin tarixi və əhəmiyyətindən bəhs edib.
Seminar müzakirələrlə davam edib.