İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında dissertasiya işlərinin müdafiəsi keçiriləcək

04 İyun, 2024

7213.01–“Dinşünaslıq”, 7214.01- “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında aşağıda qeyd olunan iki dissertasiya işinin müdafiəsi keçiriləcək:


1. 7214.01–“ Dinin tarixi və fəlsəfəsi ” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Sabir Elmurad oğlu Behbudovun “Azərbaycan maarifçilərinin yaradıcılığında dini-mədəni dəyərlər və müasirlik” mövzusunda dissertasi-ya işinin müdafiəsi; 28.06.2024-cü il tarixdə, saat:14:00-da.

2. 7214.01- “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Rəşad Eldar oğlu Cabarovun “Çar Rusiyasının Qafqazda İslam siyasəti” mövzusunda dissertasiya işinin müdafiəsi; 28.06.2024-cü il tarixdə, saat: 16:00-da.

Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyaların avtoreferatları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz.

Sabir Elmurad oğlu Behbudov

Rəşad Eldar oğlu Cabarov

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

alt menü