Azərbaycan İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında iki dissertasiya işinin müdafiəsi keçiriləcək

07 Sentyabr, 2021

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında iki dissertasiya işinin müdafiəsi keçiriləcək.

Dissertasiya işlərinin müdafiəsi 10 sentyabr 2021-ci il tarixdə “ZOOM” proqramı vasitəsilə onlayn formatda təşkil olunacaq.

1. 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Elnur Kərim oğlu Mustafayevin “Dünya dinlərində məhdəviyyət nəzəriyyəsi” mövzusunda dissertasiya işinin müdafiəsi; 10.09.2021-ci il tarixdə, saat:12:00-da.
2. 7214.01- “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Həsənli Elçin Abbas oğlunun “Dini təhsil sahəsində Türkiyə və Azərbaycan əməkdaşlığı” mövzusunda dissertasiya işinin müdafiəsi; 10.09.2021-ci il tarixdə, saat: 14:00-da.


Qoşulmaq üçün link:
https://zoom.us/j/8037697402?pwd=R0tpL0gvTHlJMTl5cXg1WVN6cHBsdz09
Meeting ID: 8037697402
Passcode: 2iJM8c

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

alt menü