Yetmişlər kvorumunun üzvü İlahiyyat İnstitutunda olub

11 Mart, 2025

Azərbaycanda səfərdə olan İsa Məsihin son gün müqəddəsləri kilsəsi yetmişlər kvorumunun üzvü Cek Cerard və kilsənin Mərkəzi Avropa bölgəsi üzrə nümayəndəsi Pol Pikard Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. İnstitut rəhbəri Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayıb, dövlətimizin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını nəzərə çatdırıb.

Yetmişlər kvorumunun üzvü Cek Cerard İnstitutda olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə Aİİ-nin Briqam Yanq Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçiriləcək seminarlar, multikulturalizmi təşviq edən layihələr, professor-müəllim heyəti, eyni zamanda, tələbələrin qarşılıqlı akademik səfərləri ilə bağlı müzakirələr aparılıb.

alt menü