Tələbələr “Tullantıdan sənətə” muzeyini ziyarət ediblər

13 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Xəzər rayonunun Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyini ziyarət ediblər.

Tələbələr 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində yaradılan “Tullantıdan sənətə” muzeyində sərgilənən yerli və əcnəbi sənətkarların əsərləri ilə tanış olublar. İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizovanın, Aİİ Dinşünaslıq kafedrasının müəllimi və Qala kənd məscidinin imamı, s.f.d. Elnur Əzimlinin müşayiəti ilə baş tutan səfərdə tələbələr ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması məqsədilə məişət tullantılarının idarə edilməsinin əhəmiyyəti barədə məlumatlandırılıblar.

Qeyd edək ki, Aİİ-də tələbələrin təhsil göstəricilərinin yüksəldilməsi, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər, layihələr və proqramlar həyata keçirilir.

alt menü