“Quranşünaslıq terminləri lüğəti” nəşr olunub

21 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Elvüsal Məmmədovun “Quranşünaslıq terminləri lüğəti” kitabını nəşr etdirib.

Kitabda 2503 terminin Azərbaycan dilində mümkün qarşılığı və izahı verilib. Nümunəyə quranşünaslıq elmini əmələ gətirən müxtəlif sahələr üzrə – təfsir, təcvid, qiraət, təfsir üsulşünaslığı, təfsir tarixi, Quran leksikası və s. – terminlərin, surələrin, Qurani-Kərimin, bilik istiqamətlərinin, quranşünas-ilahiyyatçıların, mütəxəssislərin adları daxildir.

Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Leksik toplunun əhəmiyyətli hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər təşkil edir.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

alt menü