Mərmərə Universitetinin müəllimi İlahiyyat İnstitutunda tələbələr üçün mühazirələr deyib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) II kurs tələbələri üçün mühazirələr təşkil olunub.
Türkiyənin Mərmərə Universiteti İlahiyyat fakültəsinin müəllimi, professor Süleyman Derin tərəfindən keçirilən mühazirələr Aİİ-də baş tutub.
Aİİ İlahiyyat fakültəsinin dekanı, dos. Elnurə Əzizova vurğulayıb ki, silsilə mühazirələr tələbələrin təhsil aldıqları müddətdə bilik və bacarıqlarının artırılması, elmi axtarışlara sövq edilməsi istiqamətində mühüm yer tutur. O, təhsilalanları mühazirələrdə fəal iştirak etməyə dəvət edib, məruzələr üçün qonağa təşəkkürünü bildirib.
“Mənəvi həyatımızı formalaşdırmaq: peyğəmbərlərin nümunəsində”, “İslamda evlilik”, “Qorxu və stressin müasir şərhi” mövzularında baş tutan mühazirələr iki gün davam edib.
Tələbələrin maraqla qarşıladıqları mühazirələr interaktiv formada baş tutub.
Sonda məruzəçiyə Aİİ-nin sertifikatı təqdim olunub.