İlahiyyat İnstitutunun dekan müavini Kövsər Tağıyevin müəllifi olduğu əsər Türkiyədə nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, f.f.d. Kövsər Tağıyevin müəllifi olduğu “Elmi təfsirin mümkünlüyü: Qəzali və Şatibi spektrində təhlil” (“Bilimselci tefsirin imkanı: Gazzali-Şatıbi Sarkacında bir okuma”) kitabı Türkiyənin Ankara şəhərində “Ankara Okulu” Nəşriyyatı nəzdindəki “Araştırma” nəşriyyatında çap olunub.
Əsərdə Quranın elmi təfsiri ilə bağlı müzakirələrin mərkəzində dayanan Qəzali və Şatibinin irəli sürdüyü fikirlər təhlil olunub.
Tədqiqat əsərində elmi təfsirin konseptual-nəzəri çərçivəsinə diqqət yetirilib, yarandığı dövrdən etibarən günümüzədək olan tarixi inkişaf prosesi işıqlandırılıb.
Əsər Ön söz, Giriş və dörd fəsildən ibarətdir.