İlahiyyat İnstitutunun beynəlxalq əlaqələrinin inkişafı istiqamətində Anlaşma Memorandumu imzalanıb

31 May, 2024

İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən III Beynəlxalq Simpozium çərçivəsində Azərbaycan İlahiyyat İnstitutu ilə İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov və İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universitetinin rektoru, professor Al Makin imzalayıblar.

Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi; təcrübə və araşdırma; tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi; universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi; tələbə mübadiləsi və digər məsələlər yer alıb.

Xatırladaq ki, İndoneziyanın Cokyakarta şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən III Beynəlxalq Simpozium sözügedən ölkənin Sunan Kalijaga Dövlət İslam Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil olunub.

alt menü