İlahiyyat İnstitutunda yay imtahan sessiyası başlayıb
Azərbaycan İlahiyyat İnstitutunda 2024/2025-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunub. Bakalavriat səviyyəsində 18 qrup üzrə 37 fəndən, magistratura səviyyəsində isə 1 qrup üzrə 6 fəndən imtahan keçiriləcək. İmtahanlar yazılı, zəruri hallarda isə şifahi formada baş tutacaq.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.