İlahiyyat İnstitutunda Qurban bayramı münasibətilə tədbir keçirilib

14 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qurban bayramı ilə əlaqədar tədbir keçirilib.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbriklərini bildirib. Rektor Qurban bayramının müsəlmanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını vurğulayıb. İnstitut rəhbəri ictimai sosial ədalətin yerinə yetirilməsi baxımından, Qurban bayramını insanlar üçün bir fürsət kimi dəyərləndirib.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova səmavi dinlərdə Qurban ibadətini tarixi-dini baxımdan izah edib, bayram haqqında ətraflı məlumat verib. E.Əzizova bildirib ki, İslamdan əvvəl də qurbankəsmə mərasimi bir çox dinlərdə mövcud olub. Məruzəçi bu ibadətin müxtəlif inanc sistemlərində fərqli formalarda icra edildiyini bildirib. Səmavi dinlərdəki qurban ibadətinin Həzrət İbrahimin adı ilə bağlı olduğunu qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

alt menü