İlahiyyat İnstitutunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

13 İyun, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İslamsünaslıq kafedrasının müdiri, dos. Əhməd Niyazov Milli Qurtuluş Gününün Azərbaycan tarixində önəmini vurğulayıb, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yeni dövlətçilik ənənələrinin təməlinin qoyulduğunu qeyd edib.

Daha sonra Dinşünaslıq kafedrasının müdiri, dos. Anar Qafarova çıxış edib, 15 İyun tarixinin Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olduğunu vurğulayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışı ölkəni siyasi xaos, iqtisadi böhran və vətəndaş qarşıdurmasından xilas edib, müstəqilliyimizin möhkəmlənməsinə zəmin yaradıb.

A.Qafarov bu əlamətdar günün təkcə siyasi qurtuluş deyil, həm də milli həmrəyliyin və dövlətçilik təfəkkürünün təntənəsi olduğunu bildirib. A.Qafarov Ulu Öndərin elmə, təhsilə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə, mədəniyyətə göstərdiyi diqqət, bu istiqamətlərdə atdığı addımlardan bəhs edib. Məruzəçi, eyni zamanda, milli və siyasi mövcudluğumuzun əsas anlayışlarından olan Azərbaycançılıq ideologiyasından bəhs edib, onun mahiyyəti və əhəmiyyəti haqqında danışıb.

Sonda A. Qafarov vurğulayıb ki, Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf və sabitlik yolunu uğurla davam etdirir.

Tədbir müzakirələrlə başa çatıb.

alt menü