İlahiyyat İnstitutunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Aİİ İlahiyyat fakültəsi tələbələrinin iştirak etdikləri tədbirdə məruzəçi, Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqı və dövləti üçün göstərdiyi xidmətlərdən bəhs edib. O, ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqları, dövlətimizin inkişafı üçün misilsiz fəaliyyət göstərdiyini vurğulayıb. Həmin dövrdə Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırladan məruzəçi ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Rəşad Mustafa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərin 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin yekunu olduğunu diqqətə çatdırıb.

alt menü