İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

20 May, 2025

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) magistratura səviyyəsində “İslamşünaslıq” ixtisası üzrə “İslam hüququ”, “Təfsir”, “Hədis”, “İslam tarixi” və “Kəlam” ixtisaslaşmaları açılıb.

Bu il – 2025/2026-cı tədris ili üzrə magistratura səviyyəsinə qəbul olmaq istəyən bakalavrlar seçim zamanı “Dinşünaslıq” ixtisası üzrə “Dinin sosiologiyası”, “Dinlərin tarixi”; “İslamşünaslıq” ixtisası üzrə “İslam hüququ”, “Təfsir” və “Hədis” ixtisaslaşmalarını seçə bilərlər. İxtisaslaşmaların hər biri üzrə 2 plan yeri ayrılıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə ödənişsiz əsaslarla qəbul həyata keçirir. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

alt menü