İlahiyyat fakültəsinin dekanı simpozium-təlimdə iştirak edib

02 Oktyabr, 2024


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova ali təhsildə keyfiyyətin təminatına həsr olunmuş təlimdə iştirak edib.
Məlumat üçün bildirək ki, ADA Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) “Ali təhsildə keyfiyyət təminatı: konteksti, ölçüləri və perspektivləri” mövzusunda birgə təşkil etdikləri simpozium-təlim iki gün keçirilib.
Simpozium-təlimdə beynəlxalq ekspertlərin və TKTA-nın əməkdaşlarının müxtəlif mövzularda təlimləri baş tutub, həmçinin ali təhsildə keyfiyyətin təminatı, institusional və proqram akkreditasiyası üzrə yerli və beynəlxalq təcrübə öyrənilib.
Simpozium-təlimi uğurla başa vurmuş ekspertlərə sertifikatlar təqdim olunub.

alt menü