“İlahiyyat” elmi-publisistik jurnalının IX buraxılışı çapdan çıxıb
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – IX buraxılışı işıq üzü görüb.
Doqquz rubrikadan ibarət olan buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları çap olunub.
Jurnalın budəfəki sayı “Mənəvi dəyərlərimiz” rubrikası ilə başlayır. Rubrikada “Milli-mənəvi dəyərlərimizin hamisi” və “Dövlətimizin qayğısını daim üzərimizdə hiss edirik” başlıqlı yazılar yer alıb.
“Prezident Sərəncam imzaladı” rubrikasında “Məhəmməd Əmin Rəsulzadə və Nizami Gəncəvi”, “Şuşa – Azərbaycanın milli intibah şəhəri” və “Maarif tariximizdən: XIX əsrdə Şuşa” sərlövhəli məqalələr dərc edilib.
“Cəmiyyət və din” rubrikasında “Oruc: nəfs tərbiyəsi”; “Dünyanın əxlaq və İslam dininin dözümlülük anlayışının mahiyyəti”; “İslamda ideal mömin modeli”; “Liberalizm, deizm və fenimizm münasibətləri, yaxud sistem-antisistem dilemması haqqında”, “İslamda şəhidlik və Kərbəla hadisəsi”, “Duanın insan həyatında psixoloji rolu və mahiyyəti”, “İslam elmlərinin inkişafına qadın alimlərin töhfəsi” yazıları nəşr olunub.
“Azərbaycanda məzhəblərarası tolerantlığın tarixinə dair bir nümunə: “Füyuzat” jurnalı” və “Dinlərarası dialoqun Azərbaycan modeli” başlıqlı məqalə buraxılşın “Tolerantlıq” rubrikasında çap olunub.
“Azərbaycan qadınları qəhrəmanlıq rəmzidir” sərlövhəli yazı “Vətənpərvərlik” rubrikasında yer alıb.
“Mütəfəkkirlər” rubrikasında “Sokratın son günləri”; “Cavad xanın yadigarı - Gəncə”; “Daşkəsəndə and içəndə “Qoşqar haqqı” deyirlər”; “Mağaradan çıxmaq cəsarət tələb edir” mövzusunda yazılar yerləşdirilib.
“Ekologiya” rubrikasında “Ekoloji mühitin çirklənməsini doğuran amillərin təhlili” başlıqlı məqalə verilib.
“Əllamə Məclisinin “Biharül-ənvar” əsərində peyğəmbərlik məsələsi” mövzusunda məqalə; “Qəfil gəldi bəd xəbər” adlı hekayə; “Gələn kimdir”, “Dost”; “Gəldi”; “Ana dilim”, “Xocalı” və “Əshab” şeirləri jurnalın sonuncu – “Ədəbiyyat” rubrikasında dərc olunub.