Esse müsabiqəsinin qalibləri elan edilib

28 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələr arasında keçirdiyi esse müsabiqəsinin qalibləri elan edilib.

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub. Yarışmada I yerə – Şamil Əfəndiyev, II yerə – Emin Alıyev, III yerə – Səid Nəsirli layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin, elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

alt menü