“Dinlər tarixi” kitabı nəşr olunub

06 İyun, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın “Dinlər tarixi” kitabını nəşr etdirib.

Dinlər tarixi dərsliyi dünyada mövcud olan bütün dinlər haqqında məlumatları əhatə edir.

Üç bölmədən ibarət kitabın birinci hissəsində ibtidai dinlər, qədim dünya dinləri, Asiya dinləri, Afrika dinləri, Amerika dinləri, Avstraliya və Okeaniya dinləri; ikinci hissəsində Hundiuzm, Caynizm, Siqhizm, Buddizm, Konfusizm, Daoizm, Sintoizm; üçüncü hissəsində İbrahimi dinlər – Yəhudulik, Xristianlıq və İslam haqqında məlumatlar verilmişdir.

Kitab ilahiyyat sahəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə Aİİ müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının və müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

alt menü