Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

18 Mart, 2025

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa 31 Mart soyqırımı qurbanlarının, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. R.Mustafa bildirib ki, ermənilər tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 31 mart 1918-ci il tarixində həyata keçirdikləri təxribat aktı isə bunların ən dəhşətlilərindən biridir.

AMEA Tarix və Etnoqrafiya İnstitutu Tarixin nəzəriyyəsi, mənbəşünaslıq, tarixşünaslıq şöbəsinin müdiri vəzifəsinin icra edən, dosent Vaqif Abışov tarixi faktlar əsasında 31 Mart soyqırımı haqqında tələbələrə geniş məruzə edib. Bildirib ki, mənfur düşmən xalqımıza qarşı soyqırımı törətmək üçün azərbaycanlıların yaşadıqları bölgələrə silahlı dəstələr yeridib. Bölgələrimizdə törədilən soyqırımlar zamanı Bakıda bir çox tarixi bina yandırılıb, dini abidələrə, o cümlədən Təzəpir məscidinə ziyan vurulub. Qafqazın ikinci ən qədim dini ocağı hesab edilən Şamaxıdakı Cümə məscidi oraya toplaşan müsəlmanlarla birgə yandırılıb.

Məruzəçi bildirib ki, 30, 31 mart və 1 aprel 1918-ci il tarixlərində erməni silahlı dəstələri Bakıda 12 mindən çox dinc insanı amansızlıqla qətlə yetirib, əmlaklarını qəraət edib, evlərini yandırıblar.

alt menü