İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında dissertasiya işinin müdafiəsi keçiriləcək

30 May, 2025

7213.01 – “Dinşünaslıq”, 7214.01 – “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında aşağıda qeyd olunan dissertasiya işinin müdafiəsi keçiriləcək:

7214.01 – “Dinin tarixi və fəlsəfəsi” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İbrahim Rəfail oğlu Bağırovun “Səfəvilər dövrü filosofu Sədrəddin Şirazi fəlsəfəsində nəfs-bədən problemi” mövzusunda dissertasiya işinin müdafiəsi; 30.06.2025-ci il tarixdə, saat: 11:00-da.

Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz.

Dissertasiyanın Avtoreferatı – Azərbaycan dilində

Dissertasiyanın Avtoreferatı – İngilis dilində

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.

Birdəfəlik dissertasiya şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 4.9-cu bəndinə əsasən, “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”nin 4.2.1-ci yarımbəndi və 4.8-ci bəndinə müvafiq olaraq yaradılıb.

alt menü