Abituriyentlərin sənəd qəbulu
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNA 2019-2020-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDA GÖSTƏRİLƏN SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:
1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2018-2019-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom).
2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM -in saytından çap edilir) (3 nüsxə).
3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (3 nüsxə).
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və surəti (oğlanlar üçün, 3 nüsxə).
5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086).
6. Fotoşəkil (ağ fonda), 3×4 ölçüdə (6 ədəd).
7. Qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı (FİN) özündə olmalıdır.
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq surətdə elektron qeydiyyatdan keçməlidir.
Sənədlərin qəbulu 2019-cu ilin avqust ayının 15-dən 27-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Yasamal rayonu Əhməd Cəmil küç. 41A ünvanında (Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binası) aparılacaqdır.