Abituriyentlərin sənəd qəbulu

24 Sentyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutuna qəbul olan abituriyentlərin qeydiyyatı 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək elektron qaydada aparılacaq. Aşağıda qeyd olunan sənədlər skan olunaraq elektronlaşdırılmalı və [email protected] elekton poçt ünvanına göndərilməlidir.
Bütün abituriyentlər qeyd olunan tarixlərdə aşağıdakı sənədləri təqdim etməklə, Azərbaycan İlahiyyat İnstitutunda qeydiyyatdan keçməlidirlər:
1. Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli (kollec və ya ali təhsil müəssisəsinin 2019-2020-ci tədris ili məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom).
2. Abituriyentin Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunması ilə bağlı DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (DİM-in saytından çap edilir).
3. Şəxsiyyət vəsiqəsinin əsli (hər iki üzü).
4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli (oğlanlar üçün).
5. Tibbi (sağlamlıq haqqında) arayış (Forma 086).
6. Fotoşəkil, 3×4 ölçüdə (6 ədəd).
7. Tələbənin iş nömrəsi və şəxsi kabinetinin istifadəçi adı (FİN).
8. Əlavə olunmuş fayllar abituriyentin imzası ilə birlikdə:
“Ərizə forması” (https://drive.google.com/uc?export=download&id=12ECwH3AiZvS8vrkybI3532nuo6VVW5Fc )
“Tələbə anketi” (https://drive.google.com/uc?export=download&id=19nQItnsVtpCmjVsp8-jdZVUfn4VlQynW)
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və şifrəsini təqdim etməklə mütləq surətdə elektron qeydiyyatdan keçməlidir. Abituriyentin sənədləri təqdim etməməsi və ya göstərilən tarixdən gec təqdim etməsi təhsil almaqdan imtina etməsi deməkdir.
Əlavə suallarla bağlı aşağıdakı nömrələrlə (şənbə, bazar günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək) əlaqə saxlamaq mümkündür: (012) 510 65 45; 510 39 61 və (077) 457 77 32

alt menü