Yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

06 İyun, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda esse yazı müsabiqəsinin qalibləri məlum olub.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər münsiflər heyətinin qiymətləndirməsi ilə müəyyən olunub. Beləliklə, müsabiqədə I yerə – Həmidə Canbulad qızı Həsənova, II yerə – Dəniz Elnur oğlu Ağabalayev, III yerə – Fikrət Murad oğlu Əhmədov layiq görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara diplom və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda esse yazı müsabiqəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

alt menü