Tələbələr təhsillərini “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində ərəb dilində davam etdirəcəklər

01 Mart, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri 2023/2024-cü tədris ilinin yaz semestri ərzində Qazaxıstan Respublikasının Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində təhsillərini davam etdirəcəklər.

Mübadilə “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında imzalanmış Əməkdaşlıq Müqaviləsi çərçivəsində həyaya keçirilib.

Mübadilə çərçivəsində Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Əli Rzayev və Rauf İbrahimxəlilov “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində bir semestr ərzində ərəb dilində təhsil alacaqlar.

“Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetində rektor Məhəmməd əl-Şahhat əl-Gindinin, prorektor Kayrat Kurmanbayevin, Aİİ-nin xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırovanın, həmçinin adları qeyd olunan tələbələrin iştirakı ilə görüş təşkil olunub. Tədbirdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

alt menü