Rektor müsabiqə iştirakçıları ilə görüşüb

10 Oktyabr, 2023

Azərbayan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Rusiya İslam İnstitutunun təşkilatçılığı ilə Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən XVI ümum-Rusiya Olimpiadasında Aİİ-ni təmsil etmiş tələbələrlə görüşüb.

Rektor yarışmada İnstitutu layiqincə təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib, təhsilalanlara bundan sonra da lazımi şəraitin yaradılacağını, onların elmi axtarışlara sövq edilməsi, bilikli, bacarıqlı mütəxəssislər kimi yetişmələri üçün İnstitutun bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.

Tələbələr yarışma haqqında təəssüratlarını bölüşüblər, onlara göstərilən diqqətə və dəstəyə görə İnstitut rektoruna təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, sözügedən beynəlxalq tədbirə Azərbaycan İlahiyyat İnstitutundan münsif qismində – İslamşünaslıq kafedrasının müdiri, dosent Əhməd Niyazov; iştirakçı qismində – IV kurs tələbəsi Peyman Xəlilov, III kurs tələbələri Rauf İbrahimxəlilov, Çərkəz Şahbazov və Zeynəb Xəlilli qatılıblar.

İştirakçılar İslam hüququ, əqaid və ərəb dili istiqamətləri üzrə sualları cavablandırıblar. İlahiyyat İnstitutunun tələbələri fəallıqları ilə seçiliblər.

Aİİ-nin tələbəsi Zeynəb Xəlilli müsabiqədə uğurlu iştirakına görə mükafatlandırılıb.

alt menü