Azərbaycan İlahiyyat İnstitutu tələbələr arasında esse müsabiqəsi elan edir

02 May, 2024

Azərbaycan İlahiyyat İnstitutu tələbələr arasında esse müsabiqəsi elan edir

Müsabiqədə iştirak etmək istəyən tələbələr aşağıda qeyd olunan mövzularda esselərini 20 may 2024-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Mövzular:

1. Dahi şəxsiyyətləri birləşdirən ümumi xüsusiyyətlər.
2. Süni intellektin yaradılmasının etik problemləri və onun yaşam tərzimizə təsiri.
3. Milli-mənəvi dəyərlərimizdə ətraf mühitin mühafizəsinin əhəmiyyəti.
4. Xeyriyyəçilik milli-mənəvi borc kimi.
5. Şəhidlik zirvəsi.
6. Azəbaycançılıq məfkurəsi.
7. Qloballaşmanın yerli mədəniyyətlərə sirayət etməsi.
8. Müasir ekoloji çağırışlar.
9. Yeni texnologiyaların məişətimizdə rolu.
10. Təhsil və karyera – XXI əsrdə.
11. Sosial şəbəkələrin cəmiyyətimizdə buraxdığı iz: müsbət və mənfi tərəfləri.
12. Cəmiyyətdə etika və mədəniyyətin qaynaqlandığı mənbə.
13. Superqəhrəman olsaydın, hansı qeyri-adi gücə yiyələnmək istərdin?
14. Həyatda arzusunda olduğun ən böyük mükafat.
15. Qorxuları necə dəf etmək mümkündür?
16. Kitab olsaydım, nələrdən bəhs edərdim?
17. Zəfərə gedən yol – milli-mənəvi birlik və sarsılmaz güc.
18. Eqoizm, yoxsa empatiya?
19. “Mənə görə qalib gəlmək” nə deməkdir?
20. Ənənə və müasirlik – güzəşt mümkündür?

 Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.
 Mətnin yuxarı sağ küncündə tələbənin adı, soyadı və ata adı; ixtisası və kursu; elektron poçt ünvanı; mərkəzdə essenin adı olmalıdır.
 Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 300 – 700 aralığında olmalıdır.
 Hər iştirakçı müsabiqəyə 2 (iki) esse təqdim edə bilər.
 Təqdim edilən esselərin seçimi Münsiflər Heyəti tərəfindən müəyyən olunacaq, qalib və fərqlənənlər mükafatlandırılacaq.
 İlk üç yeri qazanan iştirakçıların esseləri “İlahiyyat” elmi-publisistik jurnalında dərc olunacaq.
Əlaqə: Mətbuat şöbəsi (otaq 402)

alt menü