İlahiyyat İnstitutu “DOST xonçası” aksiyasına qoşulub

16 March, 2020

Azərbaycan İlahiyyat İnstitutu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Novruz bayramı münasibətilə başlatdığı “DOST xonçası” kampaniyasına qoşulub.

Kampaniya çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Aprel şəhidi Mahir Quliyevin ailəsinin qonağı olub, kollektiv adından onların bayramını təbrik ediblər. Qeyd edək ki, əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 9-u isə Mahir Quliyev Bakı şəhərində, III Fəxri Xiyabanda son mənzilə yola salınıb.

Xatırladaq ki, bu xeyirxah aksiyanın məqsədi tənha ahıllarımızı, həssas qruplardan olan insanlarımızı, şəhid ailələrini ziyarət etmək, onlarla bayramlaşmaq, cəmiyyətə onlara qarşı diqqət və qayğını aşılamaq, nəsillərdən nəsillərə ötürülən adət-ənənəmizi qoruyub saxlamaqdır.

sub menu