Aİİ tələbələri 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət ediblər

29 Aprel, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib.

Ziyarətin məqsədi müəssisədə yaşayan sağlamlıq imkanı məhdud uşaqlara dəstək olmaq, problemlərini öyrənmək, yardım göstərmək, onlara cəmiyyətimizin ayrılmaz bir parçası olduğunu hiss etdirmək, həmçinin uşaqlara sevinc bəxş etmək idi.

Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının ümdə vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğı dövlət siyasətidir və ölkəmizdə uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına dövlət xüsusi diqqət ayırır.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bu sahənin xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olub. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır. Nəticədə, bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şəraiti ilə yanaşı, onların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.

Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin sosial məsuliyyət vərdişlərinin və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr keçirir.

alt menü