“İslam sivilizasiyası Qafqazda” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək

11 İyul, 2019

11-12 iyul 2019-cu il tarixdə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu ilə birgə təşkil etdiy“İSLAM SİVİLİZASİYASI QAFQAZDA” mövzusunda İkinci Beynəlxalq Simpozium keçiriləcək.

Simpoziumun istiqamətləri:
1. İslamın Qafqazda yayılması.
2. “İslam Sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq.
3. Çar Rusiyasının Qafqazda İslam siyasəti.
4. İslam mədəniyyətinin Qafqaz xalqlarının adət-ənənələrinə təsiri.
5. İslam memarlığı Qafqazda.
6. Qafqazda İslam incəsənəti və ədəbiyyatı.
7. Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu.
8. Qafqazda İslam elmlərinin inkişafı.
9. Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafındakı rolu.
10. Qafqazda dini və ictimai-mədəni həyatın müxtəlif aspektləri (sosial qruplar, bayram/əlamətdar günlər).
11. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində dağıdılmış tarixi və mədəni irsi: bu irsin qorunması və dünya miqyasında tanıtdırılması üçün akademik araşdırmalar.
12. İslam ənənələrinin Azərbaycanda möhkəmlənməsində və müsəlman ölkələri ilə əlaqələrin inkişafında Heydər Əliyevin rolu.
13. Dini-tarixi abidələrin təmir və bərpasında Heydər Əliyev Fondunun rolu.
14. Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu.

Xülasələr (min. 300 söz) qeyd edilən elektron ünvana göndərilməlidir: [email protected]

Xülasələrin göndərilməsi üçün son tarix: 30.04.2019

Qeyd 1. “İslam Sivilizasiyası Qafqazda” mövzusu istiqamətində çalışan, həmçinin dünyanın müxtəlif ölkələrindən məqalə göndərən alim, tədqiqatçı və ekspertlər Simpoziuma dəvət ediləcəklər.

Qeyd 2: Konfrans materialları kitab şəklində çap olunacaq.

Əlaqələndirici şəxs: Fidan Yusifova
(+99412) 510 39 61 / 147
(+99450) 254 40 90
[email protected]

Şəms Bağırova
(+99412) 510 65 45
(+99451) 969 88 00
[email protected]

alt menü