Azərbaycan İlahiyyat İnstitutunda AÇIQ QAPI GÜNLƏRİ

17 Aprel, 2019

"Açıq qapı" günləri başlayır
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir. “Açıq qapı” günləri aprelin 22-dən mayın 22-dək, çərşənbə günləri saat 09:00-dan 17:00-dək keçiriləcək. İştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat alacaqlar. Abituriyentlər keçid balları; ixtisaslar; xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; məzunlar üçün iş imkanları; İnstitutun beynəlxalq əlaqələri; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı məlumat alacaq, eyni zamanda, dərs prosesini izləyəcək, onları maraqlandıran suallarla Aİİ əməkdaşlarına müraciət edə biləcəklər.
“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İnstitutun tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

Qeydiyyat üçün əlaqələndirici şəxs: İnci Bağırlı;
tel.: (012) 510-65-45 / 152;
mob.: (070) 868-75-45;
e-mail: [email protected]
Ünvan: AZ1141 Bakı şəhəri, Əhməd Cəmil, 41/A.

alt menü